İctimai Birliyin sədri və rayon rəsmisi şəhid ailəsini ziyarət etdi
27 mart 2021 | 16:00
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi”nin sədri Arzu Bağırova və Masallı rayon İcra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdə şəhid olan və “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən İntiqam Əsgərli və Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Nurlan Əsgərli qardaşlarının ailəsini ziyarət ediblər.
Qonaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaətlə döyüşən və böyük qəhrəmanlıq göstərərək şəhid olan Nurlan və İntiqam Əsgərlinin keçdiyi şərəfli döyüş yolunun gənc nəslə nümunə olduğunu bildiriblər.