Masallıda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə davam edir
27 mart 2021 | 16:00
26 mart 2021-ci il tarixdə Masallı rayonu üzrə 866 nəfər vətəndaş peyvənd olunmuşdur. Masallı rayonu üzrə ümumilikdə 19415 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 5681 nəfəri 65 yaşdan yuxarı, 12431 nəfəri 50-65 yaş arası və 1303 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.