Masallıda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə davam edir
29 mart 2021 | 16:00
29 mart 2021-ci il tarixdə Masallı rayonu üzrə 1165 nəfər vətəndaş peyvənd olunmuşdur. Masallı rayonu üzrə ümumilikdə 21400 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 6047 nəfəri 65 yaşdan yuxarı, 13776 nəfəri 50-65 yaş arası və 1577 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.