Yeddioymaq ərazisində abadlıq-quruculuq işləri sürətlənir
Masallı rayonunun Yeddioymaq ərazisində abadlıq-quruculuq işləri gündən-günə sürətlənir. Belə ki, Yeddioymaq ərazisindəki kəndlərin mərkəzi və kəndara yollarına çınqıl döşənib, yol kənarları kollardan, məişət tullantılarından təmizlənib, ağaclara, güllərə qulluq edilib və görülmüş bütün işlər karantin rejiminin tələblərinə riayət olunmaqla aparaılıb, təzə ağaclar əkilib, qurumuş ağaclar yeniləri ilə əvəz olunub. Bütün bu işlərdə ərazinin fəal sakinləri, gənclər, xeyirxah iş adamları yüksək fəallıq nümunəsi göstərirlər.
Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Şükürovun verdiyi məlimata görə ərazidə abadlıq-quruculuq işləri bundan sonra da sürətlə davam etdiriləcək.