Masallıda vaksinasiya prosesi uğurla davam edir
Ölkəmizin bütün regionlarında olduğu kimi, Masallı rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
Vətəndaşlarla bərabər rayonun vəzifəli şəxsləri də vaksinləşmə prosesində iştirak edirlər. Belə ki, Masallı rayon İcra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov Masallı rayon Mərkəzi Xəstəxanasına gedərək lazımı müayinələrdən keçmiş və COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur.