Masallıda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə davam edir
30 mart 2021 | 16:00
30 mart 2021-ci il tarixdə Masallı rayonu üzrə 1018 nəfər vətəndaş peyvənd olunmuşdur. Masallı rayonu üzrə ümumilikdə 22418 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 6234 nəfəri 65 yaşdan yuxarı, 14440 nəfəri 50-65 yaş arası və 1744 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.