Təzəkənd ərazisində abadlıq işləri davam etdirilir
31 mart 2021 | 16:00
Masallı rayonunun Təzəkənd ərazisində abdlıq-quruculuq işləri sürətlə davam etdirilir.
Belə ki, ərazinin xeyriyyəçiləri, kənd sakinlərinin, idarə , müəssisə və təşkilatların əməkdaşlarının birgə fəaliyyəti nəticəsində vəsait toplanaraq kənd ara yolları, məhəllədaxili küçələrə qum döşənərək hamarlanır, kəndin girişində kəndin adının yazıldığı lövhədə restavrizasiya işləri aparılır, eyni zamanda da kəndin girişində yol kənarlarında ağacəkmə kampaniyaları keçirilərək yaşıl hasarlar salınır. İlkin mərhələdə 500 metr məsafədə şam ağacları əkilmişdir. Artıq ərazinin abadlaşması işlərinə könüllü qoşulanların sayı günü-gündən artır.