Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon Heydər Əliyev Mərkəzinin Şura iclası

01 aprel 2021 | 16:00

01 aprel 2021-ci il tarixində karantin qaydaları gözlənilməklə Masallı rayon Heydər Əliyev Mərkəzinin Nümunəvi Əsasnaməsinin 18-ci bəndinə əsasən Mərkəzin direktoru yanında məşvərətçi qurum kimi Mərkəz Şurasının iclası keçirilmişdir.
Mərkəz Şurasının iclasının keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, ümumtəhsil məktəblərdə, müəssisə və təşkilatlarda təbliği vəziyyətinin təhlili, Ümummilli liderlə bağlı xatirələrin toplanması işinin təşkili və fondun zənginləşdirilməsidir. Heydər Əliyev irsinin öyrənilməsində əsas məqsəd Ulu Öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, ölkəmizi dövlət quruculuğu prosesində Ümummilli liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasıdır.
İlk öncə Şuranın sədri, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Mərkəz Şurasının fəaliyyəti və gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Daha sonra Şuranın katibi, Masallı rayon Heydər Əliyev Mərkəzinin baş Fond mühafizi Gülcahan Vəkilzadə və Şura üzvləri: Masallı rayon İcra Hakimiyyəti Aparatının aparıcı məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu Aybəniz Novruzova, Masallı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Dadaş Muxtarlı, Masallı rayon Tatix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı şəhər N. Nərimaov adına 2 saylı tam orta məktəbin direktoru Mehriban Əzizova, Mahmudovar kənd tam orta məktəbin direktoru Xanım Əliyeva, Masallı Dövlət Regional Kollecin direktoru Vidadi Nəzərov görüləcək işlərlə bağlı öz rəy və təkliflərini səsləndiriblər. Görüşün sonunda protokol hazırlanıb.

Keçidlər