"Qəhrəmanlarımızı tanıdaq" layihəsi davam edir
"Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Qəhrəmanlarımızı tanıdaq" layihəsinin qonağı II Qarabağ müharibəsinin iştirakçısı ehtiyatda olan leytenant Ağa Ağazadə ilə gənclərin iştirakı ilə onlayn görüş keçirilmişdir.
Vətənin azadlığı yolunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükut ilə yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsinin metodisti Tural Sadıqov çıxışında qeyd etmişdir ki, Vətən müharibəsində qələbə qəhrəman övladlarımızın canı, qanı bahasına qazanılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızı qələbəyə səsləyən çağırış oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik, xalqımızın dövlət başçısı ətrafında sıx birləşməsi qüdrətli Azərbaycanın bütün dünyada özünün təsdiqi kimi qəbul edildi. Azərbaycanın şanlı ordusunun gücü və Ali Baş Komandanın siyasi iradəsi nəticəsində müharibənin qələbə ilə başa çatması qürurumuzu bizə qaytardı. Ali Baş Komandanın yürütdüyü uzaqgörən siyasəti nəticəsində Azərbaycan bundan sonra yalnız inkişaf edəcək. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalı və Prezidentimizin Dəmir yumruğu ətrafında sıx birləşməlidir. Fəxrlə deyirəm ki, bizim Prezidentimiz dünyada ən güclü Prezidentdir!...
Vətən müharibəsi iştirakçısı Ağa Ağazadə II Qarabağ savaşında keçdikləri döyüş yolları haqqında məlumat verib. Müharibə getdiyi günlərdə yaşadıqları hissləri görüş iştirakçıları ilə bölüşüb. Gənclərdə vətənpərvərlik hisslərinin daha da güclənməsi üçün öz tövsiyələrini verib, gənclərin maraqlandıran suallarını cavablandırıb.