Şriftin ölçüsü :

Saytın rəngi :

“Aprel döyüşləri-Böyük Zəfərin Başlanğıcı” mövzusunda tədbir

02 aprel 2021 | 16:00

02 aprel 2021-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində mövcud karantin qaydaları gözlənilməklə və ara məsafəsi saxlanılmaqla Mərkəzin təşkilatçılığı,  Masallı rayon Musaküçə kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə “Aprel döyüşləri-Böyük Zəfərin Başlanğıcı” mövzusunda tədbir keçirilmişdir.
Tədbir əzəli yurd yerimiz olan Qarabağın azadlığı uğrunda canını qurban vermiş  Vətən oğullarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla  yad etməklə başlandı.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qeyd etmişdir ki, Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 5 il ötür. Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verildi. Çıxışının sonunda D. İbayeva, bu gün hər bir azərbaycanlı beş il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duyduğunu bildirdi.
Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə “Aprel döyüşləri-Böyük Zəfərin başlanğıcı” mövzusunda geniş və məzmunlu mühazirəni tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra mövzuyla bağlı video-çarx izlənildi.  Tədbirin yekununda şagirdlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən ekspozisiya sərgi zalında nümayiş olunan eksponatlarla yaxından tanış oldular.

Keçidlər