Masallıda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri
1. 02 aprel 2021-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən, rayon İcra hakimiyyəti, Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Poçt, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 19 uşaq bağçası və 2 ərazidə 2 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
02 aprel 2021-ci il tarixdə 1418 nəfərlə görüşülmüş və onlardan 325 nəfərin maskasız olması müəyyən edilmişdir.
3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
02 aprel 2021-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 2010 nəfərlə görüşülmüş, onlardan 265 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
4. 02 aprel 2021-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 3428 nəfərlə görüşülmüş və 590 nəfərin maskasız olması müəyyən olunmuşdur.
5. 02 aprel 2021-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə və ticarət obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı karantin rejimi qaydalarını pozduğu üçün 1 nəfər rayon sakini 100 manat, 1 nəfər rayon sakini isə 200 manat olmaqla ümumilikdə 300 manat məbləğində cərimə olunmuşdur.