Masallıda vaksinasiya prosesi uğurla davam edir
03 aprel 2021 | 16:00
03 aprel 2021-ci il tarixdə Masallı rayonu üzrə 970 nəfər vətəndaş peyvənd olunmuşdur. Masallı rayonu üzrə ümumilikdə 26635 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 6928 nəfəri 65 yaşdan yuxarı, 17298 nəfəri 50-65 yaş arası və 2409 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.
Artıq Masallı rayonunda idarə, müəssisə, təşkilatların və eləcə də iaşə, ticarət obyektləri üzrə işçilərin peyvənd olunmasına başlanılmışdır.