"Böyük Zəfərin başlanğıcı" mövzusunda onlayn görüş
05 Aprel 2021 ci il tarixində "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Böyük Zəfərin başlanğıcı" mövzusunda gənclərin iştirakı ilə onlayn görüş keçirilmişdir.
Tədbirdə Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov çıxışında qeyd etmişdir ki, Aprel döyüşləri Böyük Zəfərin başlanğıcı kimi tariximizə yazıldı, ən müasir silah və texnika ilə tam təmin olunmuş Azərbaycan Ordusunun, peşəkar, vətənpərvər, qəhrəman əsgərlərimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdi.
Azərbaycan xalqının birliyinin, qələbəyə inam hissinin rəmzi olan Aprel döyüşləri bir daha bütün dünyaya ölkəmizin qələbə əzmini, tezliklə ədalətin bərpa olunacağını bəyan etmişdi. Ordumuz 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda əks-həmlə ilə təxribatların qarşısını aldı. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bir sıra mövqelər düşməndən azad olundu. Silahlı Qüvvələrimizin döyüşçülərinin qəhrəmanlığı, igidliyi sayəsində mənfur qonşularımızın öz orduları haqqında yaratdıqları mif alt-üst edildi. Azərbaycan Ordusunun şücaəti qarşısında düşmən öz məqsədinə nail ola bilmədi.