Öncəqala xeyriyəçilərindən nümünəvi addım
Masallı rayon Öncəqala kəndində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini həsr olunmuş abidə kompleksində işlər yekunlaşmaq üzrədir.
Masallı rayon Öncəqala kəndində vətən müharibəsini şəhidi Məlikov Nurlan Dünyamlı oğlunun adına verilən küçədə yerləşir. Masallı RİHB-nın Öncəqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xudayar Həsənov bildirmişdir ki, iki aydan çoxdur ki, kəndin xeyriyəçiləri Rusiya Federasiyasında yaşayan həmkəndlilərin maliyyə dəstəyi ilə Şəhidlər kompleksi Şəhidlər bulağı və kiçik mini park salınmışdır. Artıq işlər yekunlaşmaq üzrədi. Növbəti həftə Şəhidlər kompleksinin və Şəhidlər bulağının açlışı olacaq. Abidənin ətrafındakı xüsusi hazırlanmış mərmər lövhələrdə Birinci və İkinci Qarabağ Müharibəsi dövründə, canını Vətən uğrunda qurban verən qəhrəman şəhidlərimizin, itkin düşmüş qəhrəmanlarımızın adları həkk olunacaq. Həmçinin abidə kompleksində Qarabağ savaşı haqqında Azərbaycan və ingilis dillərində məlumatlar yazılacaqdır. Şəhidlər Abidə komleksinin arxa hissəsində isə zirvələri fəht etmiş, qalib Azərbaycanımızın bayrağı dalğalanacaq. Xudayar müəllim onuda xüsusi qeyd etmişdir ki, işlər başlanan müddətdən, işlərə rəhbərliyi Şəhid Ətrafil Məmmədov adına Öncəqala kənd tam orta məktəbinin müəllimi Məmmədrza müəllim edir. Sonda Xudayar Həsənov görülən işlərə, bu möhtəşəm kompleksə və o cümlədən Şəhidlər bulağının tikintisnə görə Öncəqala kəndinin sakinlərinə və kənd xeyriyəçilərinə öz dərin təşəkkürünü bildirmirşdir.