Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya ve digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda onlayn tədbir

09 aprel 2021 | 16:00

09.04.2021-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Regional Kollecinin birgə taşkilatçılğı ilə “Narkomaniyaya ve digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda onlayn maarifləndirici tədbir keçirilib.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra Mərkəzin direktoru Dilbər İbayeva tədbir iştirakçıarını salamlayaraq bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra narkotiklə mübarizə dövlətin diqqət mərkəzində olmuşdur. Ümummilli lider Heydər Əliyev Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Bunun davamı olaraq ölkə başçısı Cənab İlham Əliyevin “Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə dövlət proqramın (2007-2012-ci illər) təsdiq edilməsi haqqında” sərancam imzalaması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaratmışdır.
Daha sonra söz Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadəyə verilib. O çıxışında Narkomaniyanın tarixi və narkomaniyaya qarşı mübarizə tədbirləri barədə geniş məlumat verib.
Tədbir çərçivəsində Masallı Dövlət Regional Kollecin Tərbiyə üzrə direktor müavini Dilarə Hüseynova  mövzu ilə bağlı vacib nüansları qeyd edib. D. Hüseynova bildirib ki, bu cinayət prosesinə qarşı səylə mübarizə aparmaq, gənclər və yeniyetmələr arasında yayılan bu xəstəliyin qarşısını qətiyyətlə almaq, hər bir Azərbaycan vətəndaşının əsas vəzifəsinə çevrilməlidir.
Masallı Dövlət Regional Kollecin tələbəsi Nərmin Şahverdiyava çıxışında Narkomaniya ilə mübarizədə gənc nəslin fərdi və birgə fəaliyyətinə böyük ehtiyac olduğunu bildirib.
Sonda Mərkəzin direktoru Dilbər İbayeva tədbiri Ulu Öndər Heydər Əliyevin bu sözləri ilə yekunlaşdırıb:
Hər bir ölkədə narkomaniyanın qarşısının alınması üçün çox ciddi, təşkilati, profilaktik tədbirlər görülməli, lazımi izahat işi aparılmalı səhiyyə, təbliğat orqanları Narkomaniyanın insan üçün, bəşəriyyət, cəmiyyət üçün nə qədər təhlükəli, faciəli olduğunu hər tərəfli açıb göstərməli və insanlar bu xəstəliyə qurşanmaqdan çəkinməlidirlər.

Keçidlər