Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda mini-futbol üzrə rayon birinciliyi

09 may 2015 | 15:00

09 may 2015-ci il tarixdən 21 may 2015-ci il tarixədək Ərkivan qəsəbə stadionunda 16 komandanın iştrakı ilə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon birinciliyi keçirilmişdir.

Yarışın final mərhələsi 21 may 2015-ci il tarixdə Ərkivan qəsəbə stadionunda keçirilmişdir. Yarışın məqsədi Ümummilli Lider Heydər Əliyevin xatirəsini əziz tutmaq, rayonda futbol idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək olub. Keçirilən yarışlarda bütün oyunları müvəffəqiyyətlə  başa vuran Ərkivanın “Qala- 95” komandası və “Ərkivan-Sport” komandası, Binə Xocavar kəndinin “Binə Xocavar” komandası, Bədirli kəndinin “Bədirli” komandası final mərhələsində mübarizə aparmışlar. Gərgin və maraqlı keçən yarışda Ərkivanın “Qala 95” komandası I yerə, Ərkinanın “Ərkivan-Sport  komandası  II yerə, Binə Xocavar kəndinin “Binə Xocavar” və Bədirli kəndinin “Bədirli” komandaları III yerləri bölüşmüşlər.

Qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və  qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər