"Yeniyetmə qızlar arasında erkən nigahın fəsadları" mövzusunda onlayn görüş
11 aprel 2021 | 16:00
"Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Yeniyetmə qızlar arasında erkən nigahın fəsadları" mövzusunda gənclərin iştirakı ilə onlayn görüş keçirilmişdir.
Tədbirdə Uğur psixoloji və nitq inkişaf mərkəzinin psixoloqu Süsən Axundova çıxışında bildirmişdir ki,Erkən nigahlarla bağlı gəncləri maarifləndirərkən,ən əsas məqam təkcə fiziki deyil,psixoloji yetkinliyin olmasıdır. Valideyn olmaqla ana-ata olmaq arasındakı fərq,psixoloji durum,özünüifadə etmə bacarığı, hiss və duyğularımızın ifadəsi və bu kimi bir çox məqamlara toxunularaq maarifləndirici psixoloji söhbət aparıldı və gənclərin sualları cavablandırıldı.