Hişkədərə xeyriyyəçilərindən nümünəvi addım
Masallı rayon Hişkədərə kəndində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə tikilmiş abidə kompleksində işlər artıq yekunlaşmaq üzrədir.
Masallı rayon Hişkədərə kəndinin mərkəzində yerləşir. Masallı RİHB-nın Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qumra Cəfərova bildirmişdir ki, iki aydan çoxdur ki, kəndimiz xeyriyəçiləri tərəfindən Rusiya Federasiyasında yaşayan həmkəndlilərimizin maliyyə dəstəyi ilə kəndimizdə Şəhidlər kompleksi və kiçik mini park salınmışdır. Artıq işlər yekunlaşmaq üzrədi. Tezliklə Şəhidlər konpleksinin açlışı olacaq. Abidənin ətrafındakı xüsusi hazırlanmış mərmər lövhələrdə Birinci və İkinci Qarabağ Müharibəsi dövründə, canını Vətən uğrunda qurban verən qəhrəman şəhidlərimizin, itkin düşmüş qəhrəmanlarımızın adları həkk olunacaq. Həmçinin abidə kompleksində Qarabağ savaşı haqqında Azərbaycan və ingilis dillərində məlumatlar yazılacaqdır. Şəhidlər Abidə komleksinin arxa hissəsində isə səkkiz ədəd zirvələri fəht etmiş, qalib Azərbaycanımızın bayrağı dalğalanacaq. Qumra Cəfərova onuda xüsusi qeyd etmişdir ki, işlər başlanan müddətdən, işlərə rəhbərliyi kənd sakinləri edib. Sonda Qumra Cəfərova görülən işlərə, bu möhtəşəm kompleksə və o cümlədən Şəhidlər Abidə komleksininin tikintisnə görə Hişkədərə kəndinin sakinlərinə və kənd xeyriyəçilərinə öz dərin təşəkkürünü bildirmirşdir.