Masallı rayon Təhsil şöbəsinin məktəblərdə reydləri davam etdirir
13 aprel 2021 | 16:00
13.04.2021-ci il tarixdə Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov və şöbənin əməkdaşları rayonun bir sıra məktəblərində reydlər keçirmişlər. Reydlər zamanı, karantin qaydalarına uyğun olaraq dərs prosesi izlənilmiş, şagirdlər və müəllimlər arasında pandemiya qaydalarına əməl etmək, xəstəlikdən qorunmaq üsulları haqqında geniş maarifləndirici söhbətlər aparılmışdır.