Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda İcra hakimiyyətinin məsul şəxsləri maarifləndirmə işlərinə nəzarət edir

14 aprel 2021 | 16:00

Masallı rayonunda vaksinasiya prosesinin sürətlənməsi ilə əlaqədar olaraq aparılan maarifləndirmə işlərinə nəzarət etmək üçün rayon İcra hakimiyyətinin məsul işçiləri müxtəlif ərazilərdə monitorinqlər aparmışlar.

Belə ki, rayonun Qızılağac, Təzəkənd ərazilərdinə rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, Mahmudavar, Türkoba ərazilərində rayon İcra hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov və Kolatan, Qəriblər ərazilərində rayon İcra hakimiyyəti başçısı aparatının şöbə müdiri Seyfəddin Əliyev monitorinq aparmışlar, vaksinləşmə prosesində iştirak etmişlər, ərazidə maarifləndirmə işləri aparan mobil qrup üzvlərinə öz tapşırıq və tövsiyyələrini vermişlər.

Keçidlər