Masallı rayon Ağsaqqallar Şurasının konfransı
15 aprel 2021-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində ara məsafəsi gözlənilmək şərti ilə rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir.
Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, respublika Ağsaqqallar Şurasının məsul işçisi Elmira Süleymanova, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, KİV nümayəndələri və şura üzvləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Masallı RİH başçısı Ş.Məmmədov çıxış edərək bildirmişdir ki, ötən il xalqımız və ölkəmiz üçün çox önəmli olmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharıbə qələbəmizlə yekunlaşdı. Bu Qələbə düşməni darmadağın elədi. İmzalanmış bəyanat torpaqlarımız işğaldan azad edilməklə bərabər dünyadakı nüfuzumuzu da artırdı. Qələbəmizlə başa çatan Vətən müharibəsi Azərbaycan Ermənistanın Qarabağla bağlı bütün iddialarını puç elədi. Ali Baş Komandan, əsgər və zabitlərimizin Qələbəsi dünya tarixinə əbədi həkk olundu. Masallıdan olan şəhidlər və qazilər də öz adlarını tarixə köçürdülər. Ona görə bütün iclaslarımız bir dəqiqəlik sükutdan sonra başlanır, şəhidlərimiz yad olunur. Bu gün tədbir iştirakçıları arasında Viləş kəndindən olan ağbirçəyimiz, iki şəhid övlad anası, əsl vətənpərvər qadın Ziba Əsgərova da iştirak edir.
Konfransda şuranın sədri Ə.Niftiyev qeyd etmişdir ki, Masallıda milli və mənəvi dəyərlərimizin qorunması, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində çox işlər görülür. Qazanılan nailiyyətlər Masallı ağsаqqаllаrının, аhıl vətəndаşlаrın sоsiаl vəziyyətinin əhəmiyyətli dərəcədə yахşılаşmаsınа səbəb оlub.
Respublika Ağsaqqallar Şurasının məsul işçisi Elmira Süleymanova çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb, 44 günlük Vətən müharibəsindəki Qələbəmizi diqqətə çatdırıb.
Sonra təşkilati məsələlər müzakirə olunmuşdur.
Konfransda Güllütəpə kənd ərazi Ağsaqqallar Şurasının sədri Məmmədəli Əlinağıyev, veteran jurnalist, «Yeni həyat» qəzetinin keçmiş Baş redaktoru Əyyub Mehdiyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev və başqaları çıxış etmişlər.
Masallı rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.
İclasda Masallı rayon Ağsaqqallar Şurasının 7 nəfərdən ibarət idarə heyətinin üzvü və sədri seçilmişdir.
Səsvermə yolu ilə Ələşrəf Niftiyev yenidən Masallı rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir.
Masallı rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli «Vətənə xidmətə görə» ordenli, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ə.Niftiyev göstərilən etimada görə minnətdarlığını ifadə edib. O, şuranın uğurlu fəaliyyəti üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirib.
Konfrasda, həmçinin Ağsaqqallar Şurasının idarə heyətinin və təftiş komissiyasının üzvləri seçiliblər.
RİH başçısı Ş.Məmmədov rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, idarə heyətinin və təftiş komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ş.Məmmədov qeyd edib ki, xalqımızın milli-mənəvi dəyərlərində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə üstün olub. Masallı rayonunun ağsaqqalları həm Vətən müharibəsində, həm də pandemiya dövründə çoxsaylı rayon əhalisinə mənəvi dəstək olmuşlar.
Sonda tədbir iştirakçıları və qonaqlar ara məsafəsi gözlənilmək şərti ilə «Ağsaqqallar klubu»nda olmuş və xatirə şəkli çəkdirmişlər.