BOSTAN BİTKİLƏRİNƏ DİQQƏT ARTIR
16 aprel 2021 | 16:00
Masallı rayonun Xırmandalı, Təklə və Qarğalıq ərazilərinin fermerləri bu il bostan sahələrini daha da genişləndirməyi qərara alıblar. Həmin ərazilərdə indiyə kimi 215 hektar sahədə örtük altında yemiş və qarpız əkilib. Sahələrdə hər gün bitkilər suvarılır, havalandırılır.
Qeyd etmək yerinə düşər ki, bostan sahələri bol günəş və vaxtında sulanan torpaqlarda böyüyür. Əkindən sonra cərgələr və su kanalları açılır. Bostan sahələrində lazım olan şəraiti yaradıb, tələb olunan qulluğu göstərdikdə bol məhsul götürmək mümkündür.