Şriftin ölçüsü :

Saytın rəngi :

Tarix-Diyarşünaslıq Muzeyi yanında Elmi Şuranın iclası

16 aprel 2021 | 16:00

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi yanında Elmi Şuranın iclası keçirilib.
Aprelin 15-də R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin nümunəvi Əsasnaməsinə uyğun olaraq muzey yanında fəaliyyət göstərən məşvərətçi orqan - Elmi Şuranın iclası keçirilib. İclasa başlamazdan əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Karantin rejiminin tələbləri nəzərə alınmaqla keçirilən iclasda muzeyin direktoru, iclasa sədrlik edən Əntiqə Tağıyeva əvvəlcə iştirakçıları salamlayıb. Sonra o, 2021-ci ilin ilk üç ayı ərzində muzeydə görülmüş işlər barədə məruzə ilə çıxış edib.
Şura iştirakçılarından Masallı Regional Mədəniyyət İdarəsinin məsləhətçiləri Dadaş Muxtarlı və Salman Yunusov, Masallı Dövlət Regional Kollecinin tarix müəllimi Nazim Əliyev və muzeyin elmi işçisi Dilgüşə Məmmədova çıxışlarında bölgənin tarixi, mədəniyyəti, etnoqrafiyası və digər sahələrə aid eksponatların və maddi nümunələrin muzey tərəfindən mühafizəsi və təbliği işinin təşkili barədə danışıblar. Eyni zamanda gələcəkdə maddi-mədəni nümunələrin toplanması, uçotu, mühafizəsi, bərpası, elmi cəhətdən öyrənilməsi və digər görüləcək işlərlə bağlı fikirlərini bildirib, təkliflərini irəli sürüblər.

Keçidlər