"Narkomaniya və onun zərərli nəticələri" haqqında onlayn görüş
17 Aprel 2021 ci il tarixində "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Narkomaniya və onun zərərli nəticələri" haqqında gənclərlə onlayn psixoloji görüş keçirilmişdir.
Tədbirdə Psixoloji inkişaf mərkəzinin psixoloqu Mədinə Rəsulzadə çıxış edərək bildirmişdir ki, İllərdir narkomaniya ilə bağlı mübarizə aparılsada, bu maddə asılılığı hələdə insanların həyatlarında öz yan təsirlərini göstərir. Qlobal problemlərin həlli üçün biz mütəxəsislər hər zaman belə tədbirlər, təlimlərdə iştirak edərək əlimizdən gələni əsirgəməməli, uşaq,yeniyetmə və gənclərə öz fövqəl-mənlərini kəşf etmələrinə yardımçı olmalıyıq.Narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Narkomaniyanın yayılması hər kəsin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır.
Masallı Rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsinin direktoru Araz Cahangirov da çıxış edərək qeyd etmişdir ki,Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə davamlı siyasətdir.Narkomaniya ilə mübarizə sahəsində respublikanın hər yerində olduğu kimi rayonumuzda da mütəmadi tədbirlər həyata keçirilir. Bu kimi bir çox məqamlara toxunularaq maarifləndirici psixoloji söhbət aparıldı və gənclərin sualları cavablandırıldı.