Masallıda növbəti onlayn müşavirə keçirildi
17 aprel 2021-ci il tarixdə Masallıda keçirilən videomüşavirədə qarşıda duran vəzifələr və yaz-tarla işləri müzakirə edilib.
Əvvəlcə müşavirə iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Onlayn tədbirdə Masallı Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, dini icma sədrləri və imamları, fəal gənclər, ictimaiyyət nümayəndələri ilə yanaşı jurnalistlərində (cenubunsesi.az xəbər portalının baş redaktoru Mərhəmət Lələyev və asiya.az saytının rəhbəri Cəfər Cəfərov), iştirak etdiyi müşavirədə ümumilikdə 450 nəfərə yaxın şəxs iştirak etmişdir.
Videomüşavirəni giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov geniş nitqində Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və diqqəti sayəsində vətəndaşlarımızın sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüldüyünü, ölkədə və rayonumuzda vətəndaşlar arasında peyvəndləmənin bütün yaş qrupları arasında aparılmasından danışaraq, Göyəçöl, Hişkədərə, Qodman, Lürən, Sığdaş, Təzəkənd, Tüklə, Viləş, Yeyəndkənd ərazilərində bu məsul işi qabağa çəkərək yaxşı nəticələr çıxardılar, bəziləri yox,- deyə rayon rəbəri sonra qeyd edib: «Aprelin 1-də 10 ərazi nümayəndəsinə cəza verilmişdi. Onlardan bəziləri tənqiddən düzgün nəticə çıxarıblar. Bəzi ərazi nümayəndələri işdə yol verilmiş nöqsanları aradan qaldırıblar. Həmin vəzifə sahiblərindən bəzilərinə verilmiş töhmət üzərindən götürüləcək.
Onlayn tədbirdə Masallı rayon prokuroru Vəli Mustafayev, rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, Dövlət Təhlükəsizlik Xidmətinin Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin sədri Miryəhya Bədirov və başqaları mövzu ətrafında çıxış ediblər. Çıxışlarda bildirilib ki, hazırkı pandemiya dövründə tətbiq olunan məhdudiyyətlərə ciddi əməl olunmalıdır. Bu məhdudiyyətlərin məqsədi koronovirusun geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunmasından ibarətdir.
Videomüşavirədə Masallı ərazisində dövlətin karantin qaydalarını pozanlar, qanunsuz toy, nişan, hüzr mərasimləri keçirmək istəyən vətəndaşlar barədə bundan sonra da ciddi tədbirlərin görüləcəyini bildirib.
İcra başçısı rayonda yaz-tarla işlərinin gedişi vəziyyəti barədə də geniş və ətraflı məlumat verib. Ş.Məmmədov bildirib ki, həyat davam edir. Yaz-tarla işlərinin qızğın vaxtıdır. Rayonda 160 qutu barama qurdunun bölgüsü aparılıb. Mayın 6-da qurd qutularının rayona gətirilməsi nəzərdə tutulub. Aidiyyəti şəxslər bu işlə ciddi məşğul olmalıdır. 4600 kvadratmetr yer dezinfeksiya olunub. Torpağın şumlanması vaxtı yubanır. Şumu tezliklə başa çatdırmaq lazımdır. 25 aprel-5 may tarixi arası sahələrə tütün əkiləcək. 260 hektarda isə çəltik əkilməsi nəzədə tutulur. Keçən il hər hektardan 34,2 sentner məhsul götürülüb. Taxıl biçininə də ciddi hazırlaşmaq lazımdır. Kombaynlar saz hala gətirilməli, texnikanın dislokasiya vəziyyəti DAİM-lə razılaşılmalı, hər il olduğu kimi növbətçilik cədvəli tərtib olunmalıdır.
Videomüşavirədə həmçinin qeyd olunub ki, Masallıda sitrus bitkiləri əkinini 100 hektara çatdırmaq proqnozlaşdırılır.
Bu barədə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev də çıxışında rayonda bu sahədə görülən işlər barədə geniş məlumat verib.