Şriftin ölçüsü :

Saytın rəngi :

KARTOFÇULUQ GƏLİRLİ SAHƏDİR

18 aprel 2021 | 16:00

Təsərrüfatın ən sərfəli sahəsi olan kartofçuluq Masallı rayonunun iqtisadiyyatında mühüm rol oynayır. Hər il olduğu kimi bu il də Masallı fermerləri bu sahəyə önəm verir, kartofçuluğu daha da inkişaf etdirirlər.
Masallı Statistika İdarəsindən aldığımız məlumatda göstərilir ki, fermerlər aprelin 1-nə kimi 839,1 hektar sahədə kartof əkmişlər. Bu sahəyə diqqət yetirən Təklə kəndi ərazisində 300 hektar, Təzə Alvadı kəndində 200 hektar, Xırmandalı kəndi ərazisində 70 hektar, Köhnə Alvadı kəndində 35 hektar sahədə kartof əkilmişdir.

Keçidlər