Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RTŞ-də geniş tərkibdə onlayn iclas

21 aprel 2021 | 16:00

21.04.2021-ci il tarixdə Masallı RTŞ-nin əşəkdaşları, məktəb direktorları, direktor müavinləri, fənn müəllimləri və valideynlərin iştirakı ilə onlayn iclas keçirildi. İclasda 700 nəfər iştirak edirdi. Vətən müharibəsində həlak olanların şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İclası giriş sözü ilə açan RTŞ-nin müdiri Tariyel Əkbərov qeyd etdi ki, davamlı əyani təhsilə  keçmək  üçün təhsil müəssisələrində çalışanların vaksinasiya olunması zəruridir. Təhsil işçilərin böyük əksəriyyəti peyvənd olunmuşdur və bu proses davam edir. Yoluxma qeydə alınmış müəllimlərin dərs dediyi siniflər distant təhsilə keçirilir ki, bu da təhsilin keyfiyyətinə təsir edir. 23.04.2021-ci il tarixdə buraxılış sinifləri üçün keçiriləcək imtahanlardan danışan T.Əkbərov bildirdi ki, bu imtahanlarda 1471 şagird iştirak etməlidir. Məktəb direktorları bu şagirdlərin buraxılış imtahanlarında iştirakını təmin etməlidirlər. T.Əkbərov xüsusi vurğuladı ki, məktəblərdə neqativ hallar baş verərsə həmin məktəbin direktorları ciddi cəzalandırılacaqdır. Tariyel Əkbərov məlumat verdi ki, Təhsil Nazirliyindən daxil olan məktubda xüsusilə qeyd olunur ki, təhsil müəssisələrində vətəndaş məmnunluğu təmin edilməlidir. Məktəb rəhbərləri tərəfindən Təhsil Şöbələrinə bildirilmədən yuxarı təşkilatlar qarşısında qaldırılan vəsadətlər tabeçilik prinsipinin pozulması kimi qiymətləndiriləcəkdir. O, qeyd etdi ki, həm RTŞ-də həmdə məktəblərdə vətəndaş məmunluğuna əhəmiyyət verilməli, daxil olan ərizə və şikayətlərə lazımi səviyyədə baxılmalı, müraciətlər diqqətlə araşdırılmalı və nəticəsi barədə vətəndaşlara  məlumat verilməlidir. RTŞ-nin müdir müavini Samit İslamov məlumat verdi ki, Təhsil Nazirliyinin F-162 nömrəli  əmri ilə 1-ci siniflərə qəbul qaydaları müəyyənləşdirilmişdir. O, elektron qəbul və məktəb seçimi qaydalarını izah etdi. S.İslamov onu da əlavə etdi ki, XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilən mərkəz  məktəblərdə aprel ayının 22-23 distand təhsilə keçirilir. RTŞ-nin böyük məsləhətçisi Q,Hətəmov VI və VII siniflər arasında təbiət fənləri üzrə keçiriləcək fənn olimpiadaları ilə bağlı məlumat verdi. RTŞ-nin metodisti Ə.Mahmudov VII-X sinif şagirdləri arasında keçirilən şer müsabiqəsi, eləcədə Azərbaycan Respublikası Sərhəd Xidmətinin dəstəyi ilə X-XI sinif şagirdləri arasında “Zəfər yürüşlü  sərhədçilər” inşa müsabiqəsi haqqında ətraflı məlumat verdi. İclasda Hişkədərə kənd sakini, valideyn Süsən Baxşiyeva, Qızılavar kənd sakini, valideyn Zinyət Novruzova, Hişkədərə kənd tam orta məktəbinin müəllimi Fiqurə Qurbanova çıxış etdilər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər