Şriftin ölçüsü :

Saytın rəngi :

TƏZƏ ALVADI KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞ

23 dekabr 2012 | 16:00

Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 19.12.2012-ci il tarixdə Təzə Alvadı kəndində keçirilmişdir. Təzə Alvadı ərazisi Təzə Alvadı Əhmədli və Meşəkənarı yaşayış məntəqələrini əhatə edir.
Ərazinin 8727 nəfər əhalisi və 2063 ha torpaq sahəsi vardır. Həmçinin ərazidə 2 tam orta məktəb, 2 ümumi orta məktəb, 1 sağlamlıq mərkəzi, 1 EATS və 1 poçt fəaliyyət göstərir.
Təzə Alvadı ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Kənd ziyalılarından Yavər Yusubov, Mövsüm Süleymanov ağsaqqallardan Şükür Kərimov, Abdulhüseyn Həsənov, kənd sakinlərindən Mansur Məlikov, Hakim Kazımov və başqaları çıxış edərək ərazidə bankomatın quraşdırılmasına, xatirə abidəsinin cari təmir olunmasına, Ələt-Astara yolunun ərazidən keçən hissəsinə piyada yolunun salınmasına, Əhmədli kəndinin mərkəzi yolunun təmir edilməsinə, Təzə Alvadı və Meşəkənarı kəndlərində kənd ara yollarının təmir edilməsinə, Təzə Alvadı kəndində istirahət guşəsinin tikilməsinə və ərazidə rayonun giriş qapısının yenilənməsinə görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra sakinlər yeni salınmış məhəllədəki 50 evə qaz xəttinin çəkilməsinə, Təzə Alvadı kənd 2 saylı tam orta məktəbinin yeni binasının tikilməsinə, ərazidəki uşaq bağçasının əsaslı təmir edilməsinə, Meşəkənarı kəndində məktəbin tikilməsinə, Əhmədli kəndində su aparıcı kanalın təmizlənməsinə, Təzə Alvadı kəndinin mərkəzi yolunun 3.5 km məsafədə asfaltlanmasına və ərazi nümayəndəliyinin inzibati binasının təmir edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.
 

Keçidlər