Masallıda 200 hektar sahədə badımcan əkilmişdir
26 aprel 2021 | 16:00
Masallı rayonunun təsərrüfatlarında badımcan sahələri də ilbəil genişləndirilir. Torpaq adamları həmişə olduğu kimi bu ildə örtük altında xeyli badımcan əkmişlər. Fermerlər əkilən bitkilərə qayğı göstərir, suvarma aparırlar. Bir neçə gündən sonra becərmə işlərinə başlanacaqdır.
Öncəqala, Xırmandalı, Hüseynhacılı, Səmidxan kəndi tərəvəzçilərinin səyi nəticəsində rayonda polietilen örtük altında 200 hektar sahədə badımcan əkilmişdir.
Qeyd edək ki, badımcan tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər [3,2 %] olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır.