Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıtəpə kəndində abadlıq-quruculuq işləri

26 aprel 2021 | 16:00

Masallı Rayon İcra Hakimiyyətinin başçısının Xırmandalı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Yusifovun verdiyi məlumatda qeyd olunur ki, kənddə abadlıq-quruculuq işləri davam etdirilir. Belə ki, ərazinin Hacıtəpə kəndinin giriş qapısına "Hacıtəpə" lövhəsi quraşdırılmışdır. Həmçinin Hacıtəpədə ümumi uzunluğu 2.5 kilometr olan kənd və məhəllədaxili yolları hamarlanmış, üzərinə daş, çınqıl tökülmüşdür. -Kənd daxili yolları məişət tullantılarından təmizlənmiş və həmin yerlərə 500-ə yaxın şam ağacı əkilməsi nəzərdə tutulmuşdur. -Abadlıq işlərinə, əsasən Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Milli Məclisin deputatı Məşhur Məmmədov, Xırmandalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Hacıtəpə kənd xeyriyyəçiləri dəstək göstərmişdir.  

Keçidlər