Masallıda Zərifə xanım Əliyevanın 98 illik yubileyi
Masallıda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı rayon filialında karantin rejimi qaydaları gözlənilməklə görüş keçirilmişdir.
Görüşdə Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı rayon filialının şöbə müdiri Samir İbadov və Oftalmoloq Orxan Güllərov çıxış edərək Akademik Zərifə xanım Əliyevanın Oftalmologiya elminə verdiyi töhvələrdən bəhs etmişlər.
Eyni zamanda A. Qafarova Vətən Müharibəsi qazilərinə göstərdikləri xidmətə görə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı rayon filialının rəhbərliyinə minnətdarlığını ifadə etmiş, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.