Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda İctimai Şuranın Seçki Komissiyasının növbəti iclası

29 aprel 2021 | 16:00

Masallı Rayon İcra Hakimiyyəti yanında yaradılacaq İctimai Şuranın Seçki Komissiyasının növbəti iclası keçirilib.
Görüş çərçivəsində İctimai şuraya namizədlərin qeydiyyatı, İctimai şuraya seçkinin tarixi və yerinin müəyyən edilməsi məsələləri müzakirə edilib.
Masallı RİH başçısının birinci müavini, Seçki Komissiyasının sədri Məmmədhüseyn Hüseynov üzvləri salamlayaraq, Komissiyanın fəaliyyəti və gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O bildirib ki, seçkinin keçirilməsi zamanı pandemiya qaydalarına əməl olunmalı və tədbirlər yüksək səviyyədə təşkil olunmalıdır.
Komissiyanın üzvü, RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İlkin Əzizov çıxış edərək bilirib ki, “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, 15 mart 2021-ci il tarixdən 16 aprel 2021-ci il tarixədək Masallı RİH yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan edilmiş və ictimai fəallar tərəfindən müraciətlər daxil olmuşdur. Sənədlər yoxlanılaraq qəbul olunmuş və Seçki Komissiyasının üzvlərinə təqdim edilmişdir.
Daha sonra Komissiya üzvləri - da çıxış edərək, şuraya seçkilərin keçirilməsi ilə bağlı rəy və təkliflərini səsləndiriblər.
Görüşün yekununda Seçki Komissiyasının Protokolu hazırlanıb. Yekunda İctimai Şuraya seçkinin 07 may 2021-ci il tarixdə, saat 10:00-dan 15:00-a kimi rayon Heydər Əliyev Mərkəzinin böyük zalında keçiriliməsi qərara alınıb.
Qeyd edək ki, seçkidə iştirak etmək üçün müraciət edən, aşağıda adları qeyd edilən 17 nəfərin namizədliyi təsdiq edilib:

1. Rəsulova Solmaz Əlibaba qızı- Masallı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı
2. Əsgərov Rəhman Əhliman oğlu - Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İB
3. Məmmədov Cəmil Kamil oğlu - Azərbaycan Vətən Müharibəsi Veteranları birliyi
4. Mehdiyev Əyyub Məmməd oğlu- Masallı rayon Ağsaqqallar Şurası
5. Şükürov Əlihüsen Məmmədhüsen oğlu- Azərbaycan Jurnalistlər birliyi
6. Hüseynova Nazilə Hüseyndadaş qızı- Masallıda Qadınların Sosial İnkişafına Dəstək İB
7. Abbaslı Fidan Zahir qızı- “Ümidim Sənsən” sosial inkişafa yardım İB
8. Fərziyev Əfrail Əlifağa oğlu- “Müşfiq” əlil uşaqlara yardım İB-nin Masallı rayon filialı
9. Eyvazov Səfail Qurban oğlu- ATİAHİ Masallı rayon komitəsi
10. Hüseynov Ələsgər Calal oğlu- Regional İnkişafın dəstəklənməsi İB
11. Hüseynov Camal Həsənəli oğlu- Dövlət idarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon komitəsi
12. Xəlilov Vafiq Natiq oğlu- Gənclərin İnkişafı və Karyera Mərkəzi MMC
13. Bağırov İbrahim İsmayıl oğlu- Masallı bələdiyyəsi məhəllə komitəsi
14. İbrahimli Daməd Arif oğlu- Ərkivan qəsəbə bələdiyyəsi məhəllə komitəsi
15. Hüseynov Elmurad Əlfəttax oğlu- Boradigah qəsəbə bələdiyyəsi məhəllə komitəsi
16. Əsgərova Ziba Oğlan qızı(Şəhid anası)- Viləş kənd bələdiyyəsi məhəllə komitəsi
17. Lələyev Mərhəmət Ataxan oğlu- Hişkədərə kənd bələdiyyəsi məhəllə komitəsi

Keçidlər