Şriftin ölçüsü :

Saytın rəngi :

"Startup nədir" mövzusunda onlayn təlim

29 aprel 2021 | 16:00

"Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Startup nədir" mövzusunda gənclərin iştirakı ilə onlayn təlim keçirilmişdir. Tədbirdə Təlimçi Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru, həmçinin, Bakı Mühəndislik Universitetinin dosenti İsa Qasımov çıxışında bildirmişdir ki,Start-up ingilis dilindən tərcümədə başlamaq, işə salmaq mənalarını verir. Start-up dedikdə, mövcüd olmayan hər hansı bir ideyanın reallaşdırılması və ya daha əvvəldən mövcüd olan hər hansı bir ideyanın təkmilləşdirilməsi üçün ehtiyacı aradan qaldıran və bəzən də həmin ideyanı ehtiyac halına gətirən inkişafa meyilli təşəbbüslər başa düşülür. Çox zaman Start-up dedikdə yalnız İT sahəsi ilə əlaqədar fəaliyyət başa düşülür. Lakin bu belə deyil və startuplar yalnız iqtisadiyyatın İT sahəsinə deyil, bütün sahələrə aid ola bilər. Yəni, istənilən sahədə yeni fikir istehsal etmək yolu ilə mövcüd olmayan nəyisə kəşf etmək və ya mövcüd olan hər hansı bir şeyi daha təkmil hala gətirməkdir. Ən böyük staruplara HP, Facebook, YouTube, İnstagram, Wikipedia v.s misal göstərmək olar. Təlimçi İsa Qasımov qeyd etmişdir ki, Əslində istənilən insan startup qura bilər. Yetər ki, maraqlı və praktik ideyası olsun. Əgər çalışmaq sizin qanınızdadırsa Yaradıcılıq prosesində qarşıya çıxan çətinlikləri çözmək və heç nəyə baxmadan irəliyə doğru addımlamağı sevən insanlar üçün bu biznes seçimi əla variantdır.Siz innovatorsunuzsa Startup biznesində innovasiya çox əhəmiyyətlidir. Odur ki, bazar araşdırması apararaq yeni biznes idayaların yaradılması önəmli faktordur. Hətta hazırda bazarda istənilən yeni ideyanın çox şeyi həll etdiyini demək mümkündür. Bu səbəbdən bir çox böyük şirkətlər innovasiyalara böyük pullar ayırır. Onlar uğurlu startupları axtarışındadır və bir neçə il vaxt itirərək yeni ideyalar hazırlamaqdansa hazır startup-ın haqqını ödəyərək onu almağa hazırdırlar.Bu kimi bir çox məqamlara toxunulub və gənclərin sualları cavablandırıb.

Keçidlər