Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda yanğın təhlükəsizliyi və əkinlə bağlı onlayn müşavirə

01 may 2021 | 16:00

Müşavirədə Cənub Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev, daxili xidmət polkovnik-leytenantı Samir Kərimov, 7 idarə müəssisə rəhbəri, 37 ərazi nümayəndəsi və 36 bələdiyyə sədri iştirak etmişdir.

Müşavirəni Masallı rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmməhüseyn Hüseynov açaraq tədbir iştirakçılarını salamladı və müşavirənin iki məsələ ilə bağlı olduğunu qeyd etmişdir. Birinci yanğın təhlükəsizliyi və ikinci əkinlə bağlı məsələdir.

Müşavirədə Cənub Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev və daxili xidmət polkovnik-leytenantı Samir Kərimov çıxış edərək bildirmişdir ki, ot və taxıl biçinini itkisiz başa çatdırmaq üçün bir sıra tədbirlər görülməlidir. Görülmüş tədbirlərin ən vacib olan ot biçini zamanı yanğın təhlükəsizliyinin qarşısının alınmasıdır.
Onlayn tədbirdə əkin sahələrinin suvarma suyu ilə təminatı və digər əkin məsələləri ilə bağlı çıxış edən Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev bildirmişdir ki, təsərrüfatlarda əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması üçün dövlət tərəfindən mümkün olan bütün imkanlar yaradılmışdır.

Keçidlər