Şriftin ölçüsü :

Saytın rəngi :

ÇƏLTİK ƏKİNİNƏ HAZIRLIQ İŞLƏRİ GENİŞLƏNİR

03 may 2021 | 16:00

Bütün zamanlarda çəltikçilik təcrübəsinə malik olan Masallı rayonunda ötən il əkilib-becərilən 253,9 hektar sahədən 868 ton, hər hektardan 34,2 sentner məhsul toplamağa müvəffəq olan kənd əməkçiləri, cari ildə 260 hektar sahədə çəltik əkməyi proqnozlaşdırırlar. Artıq çəltik əkiləcək sahələrdən 100 hektara yaxını əkinə hazırlanmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin çayçılıq, çəltikçilik və sitrus meyvələrinin inkşafı ilə əlaqədar Lənkəranda keçirilən müşavirədəki göstəriş və tövsiyələri Masallıda bu şahələrdə uğurlu başlanğıcın təməlini qoymuşdur.
Rayonda çəltikçiliyə önəm verilməsi ilbəil yaxşılaşır. Odur ki, yeni mövsümdə ərazilərdə 260 hektar sahədə çəltik əkilməsi planlaşdırılıb.

İndi əkinə hazırlıq işlərinə başlanıb. Torpaq hamarlanır, ləklər qurulur, toxum cücərdilir.

Bu il ən məhsuldar “Apollo”, “Haşimi”, “Okean”, «Sədri» və «Şirudi» növləri yetişdiriləcək.

Çəltik əkinləri üçün Viləşçay SAİİ ilə razılaşdırılmaqla su mənbələrinə yaxın kompakt ərazilər müəyyən edilmişdir.

Keçidlər