Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 23 avqust Füzuli və Cəbrayıl rayonlarının Ermənilər tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

20 avqust 2015 | 15:00

20  avqust  2015-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində Füzuli və Cəbrayıl rayonlarının Ermənilər  tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə əvvəlcə Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərimizin ruhu  bir dəqiqəlik sükutla yad edildi.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Tədbiri giriş sözü ilə açaraq bildirdi ki,Ağdam rayonunun işğalı, ölkə daxilində separatçı qüvvələrin fəallığı, ordunun həddən artıq siyasiləşərək müxtəlif partiyaların və siyasi qrupların mənafeyinə xidmət etməsi Füzuli və  Cəbrayıl, rayonlarının da düşmən əlinə keçməsini sürətləndirdi. Vahid hərbi əməliyyat planına malik olmayan Azərbaycan ordusu xarici qüvvələr tərəfindən gücləndirilmiş Ermənistan ordusunun hücumlarına tab gətirmədi. Bu işdə cəbhə bölgələrində müxtəlif siyasi qüvvələrin təxribatçı hərəkətləri də az rol oynamadı. Avqustun 23-də Füzuli və Cəbrayıl rayonları işğal olundu. Amansız düşmənlə üz-üzə müdafiəsiz vəziyyətdə qalmış əhali öz doğma ev-eşiyini tərk etməyə məcbur oldu.Bu rayonların müdafiəsi zamanı xalqımızın yüzlərlə igid oğlu qəhrəmanlıqla şəhid oldu. Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu BMT də təsdiq etdi. BMT Təhlükəsizlik Şurası 1993-cü il oktyabrın 14-də Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının, noyabrın 12-də isə Zəngilan rayonunun işğalını pisləyən və həmin ərazilərin tərk edilməsini tələb edən 874 və 884 №-li qətnamələr qəbul etdi. Lakin əvvəlki qətnamələr kimi, bu qətnamələr də yerinə yetirilmədi. Sonda rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov qeyd etdi ki, biz inanırıq ki, cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti nəticəsində Azərbaycanın işğal altında olan torpaqları erməni işğalçıları tərəfində azad ediləcək köçkün düşmüş qardaş və bacılarımız öz doğma el-obalarına qayıdacaqlar bu günün elədə uzaqdada olmadığını diqqətə çatdırdı.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Müşfiq Qurbanov, fəal gənclərdən Cümşüd Müzəffərli və başqaları çıxış edərək Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri  tərəfindən işğalı zamanı ermənilərin dinc sakinlərə qarşı törətdikləri qanlı cinayətlərdən, canlarını  qurtarmaq istəyən qadın və uşaqların girov götürülərək amansızcasına qətlə yetirilmələrindən söhbət açaraq bildirilmişdir ki, biz gənclər hər an əldə silah vətənin keşiyində dayanmağa  Azərbaycanın işğal olunmuş  torpaqlarını erməni işğalçılarından azad  etməyə hazırıq.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış Füzuli və Cəbrayıl rayonları ilə  bağlı bukletlər paylanılmışdır.

Keçidlər