Şriftin ölçüsü :

Saytın rəngi :

“Ömrünü xalqına həsr edən Dahi Lider” mövzusunda tədbir

05 may 2021 | 16:00

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi davam edir.
Karantin qaydaları gözlənilməklə Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə “Ömrünü xalqına həsr edən Dahi Lider” mövzusunda tədbir keçirilmişdir.
İlk öncə Şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi  bir dəqiqəlik sükutla tədbir iştirakçıları tərəfindən yad edilib.
Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qonaqları salamlayaraq bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev xalqımız tərəfindən hər zaman böyük qürurla yad edilən və bütün zamanların ən böyük azərbaycanlısı hesab olunan və milli dövlətçiliyinin banisidir.
Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə geniş məruzə ilə çıxış edib.
Tədbir çərçivəsində Masallı Dövlət Regional Kollecin direktor müavini Dilarə Hüseynova, Tələbə Gənclər Birliyinin sədr müavini Aysun Ağayeva tələbələrdən Aysun Əliyeva mövzu ilə bağlı çıxışlar ediblər.
Sonda qonaqlar Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan” mövzusunda məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Keçidlər