Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar tədbir
Masallı rayon Heydər Əliyev Mərkəzi Ərazi ilk Partiya Təşkilatı və Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyi Ərazi ilk Partiya Təşkilatının birgə təşkilatçılğı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Mövcud Pandemiya ilə bağlı karantin qaydalarına uyğun şəkildə keçirilən tədbirdə təşkilatların əməkdaşları iştirak etmişdir.
İlk öncə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirmişdir ki, Azərbaycan xalqının tarixi taleyi qarşısındakı əvəzsiz xidmətləri Ulu Öndər Heydər Əliyevin adını milli tariximizə böyük xilaskar olaraq qızıl hərflərlə yazmışdır. Mənalı ömrünü bütün varlığı, canı və qanı qədər sevdiyi Azərbaycan üçün həsr edən ulu öndərimizin xidmətləri, müəyyənləşdirdiyi milli siyasət və inkişaf strategiyası bu gün ölkəmizin qüdrət və güc təməlində dayanır.
Daha sonra Masallı rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək bildirmişdir ki, Xalqımızın Ümummilli lideri Heydər Əliyev adı ilə, əməlləri ilə əbədi yaşayan şəxsiyyətdir. Azərbaycanın hər qarışında onun əzmi ilə yaranan müstəqillik qüdrəti və Azərbaycan üçün həyata keçirilən misilsiz işlər dahi liderin adına əbədiyaşarlıq qazandırır. Buna görə də: “Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!”
Sonda əməkdaşlar Masallı rayon Heydər Əliyev Mərkəzinin ekspozisiya-sərgi zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan” mövzusunda məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.