Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Dövlət Regional Kollecində tədbir

05 may 2021 | 16:00

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Masallı Dövlət Regional Kollecində tədbir keçirilib

05 may 2021-ci il tarixdə Masallı Dövlət Regional Kollecində ara məsafəsi gözlənilmək şərti ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Dövlət Regional Kollecinin direktoru, «Tərəqqi» medallı Vidadi Nəzərov çıxış edərək Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O, 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzolunmaz xidmətlərindən danışıb. V.Nəzəroiv qeyd edib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyev xalqımızın taleyində sönməz məşəl yandırıb. Onun adı Azərbaycan tarixində təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalacaqdır.

Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı mərhələlərindən danışan V.Nəzərov böyük rəhbərin respublikaya rəhbərlik etdiyi dövrü Azərbaycan tarixində yüksəliş, tərəqqi, inkişaf illəri kimi dəyərləndirib. Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu.

Vidadi müəllim Dahi Heydər Əliyevin dediyi və bu gün real olan «Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək» müdrik sözlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Məktəblilərdən Nuray Anarqızı və Gülşən Cəsayil qızının «Xarı bülbül» formatındakı çıxışları maraqla qarşılandı.

Tədbirdə kollecin müəllim və tələbələrinin-tarix müəllimi İradə İmanbəyli, ədəbiyyat müəllimi Kəmalə İmanova, riyaziyyat müəllimi Gülcahan Vəkilzadə, tələbələrdən Qönçə Məmmədova, Nübar Şıxəliyeva, Səbinə İbrahimova, Məryəm Əsgərova, Gülər Əliyeva, Xədicə Fərzullayeva və başqalarının ifa etdikləri "Müstəqillik memarı" tamaşa-kompozisiyasında Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə gəlməsi ilə bağlı ölkədə cərəyan edən hadisələr obrazlı şəkildə ifadəsini tapıb.

"Müstəqillik memarı" tamaşa-kompozisiyasının rejissoru  Cəmaləddin Əliyev, quruluşçu rejissoru  Mərhəmət Lələyevdir.

Sonda kollecin tələbələri Fəxri fərmanlar, diplom və hədiyyələrlə təltif edilib.

Keçidlər