MASALLININ TİKİNTİ SEKTORUNDA İŞLƏYƏNLƏR
06 may 2021 | 16:00
2021-ci ilin yanvar-mart aylarında tikinti sektorunda çalışanların sayı 131 nəfər təşkil etmişdir. Həmin işçilərin 95,4 faizi dövlət, 4,6 faizi qeyri-dövlət sektoruna mənsub tikinti müəssisələrində çalışmışdır.
Masallı Rayon Statistika İdarəsinin verdiyi məlumata görə rayonda, tikinti təşkilatlarında işləyənlərin nominal əmək haqqı 436 manata çataraq əvvəlki ilin müvafiq dövründəkindən 31,2 faiz çox olmuşdur.
Orta aylıq əmək haqqı dövlət mülkiyyətində olan müəssisələrdə 448,6 manat təşkil etmişdir.