Masallıda yeni portağal əkin sahəsi yaradılır
06 may 2021 | 16:00
Mahmudavar kənd bələdiyyəsinin sədri Əfqan Babayev bir hektar sahəni portağal əkininə hazırlayıb. Bələdiyyə sədrindən aldığımız məlumata görə artıq əkin başlayıb. Bir neçə gün ərzində Astara rayonundan gətirilmiş 400 dibçək ikiillik portağal tingi sahələrə köçürülmüşdür.
Sitrusçular daha 400 dibçək portağal tingi əkəcəklər.