MASALLIDA HEYVANDARLIQ MƏHSULLARI ARTIR
08 may 2021 | 16:00
2021-ci ilin 3 ayında ötən ilin müvafiq dövrünə nisbətən əhali və kənd təsərrüfatı müəssisələrində iribuynuzlu mal-qaranın sayı 131, qoyun və keçilərin sayı isə 1913 baş artmışdır.
Sürüdə inək və camışların xüsusi çəkisi 50 faiz olmuşdur. İlin birinci rübündə keçən ilə nisbətən ət istehsalı 1,4 faiz, süd istehsalı 0, 3 faiz, yumurta istehsalı 0,4 faiz artmışdır.