Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-cı ildönümü ilə əlaqədar videokonfrans
Masallı RTŞ-nin əməkdaşları və rayonun ümumi təhsil müəssisələrinin rəhbərləri ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-cı ildönümü ilə əlaqədar videokonfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə RTŞ-nin müdiri Tariyel Əkbərov Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı çıxış etmişdir. O,böyük şəxsiyyət Heydər Əliyevin dahiliyinin hamılıqla qəbul olunduğunu qeyd etmiş, böyük siyasət aləmində, dövlətimizin taleyüklü məsələlərinin çözülməsində həlledici söz deyən ulu öndərin şərəfli ömrünün xalqımızın taleyi ilə bağlılığını və müstəqil Azərbaycanın memarı olduğunu nəzərə çatdırmış, Heydər Əliyevin əməllərinin və amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulamış,44 günlük Vətən müharibəsində qazanılmış qələbənin, Heydər Əliyevin vaxtıilə üzaqgörənliklə ordu quruculuğu ilə bağlı yürütdüyü siyasətin məntiqi sonluğu olduğunu qeyd etmişdir. Azərbaycanın təhsilinin yüksəlişi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Həmin illərdə Heydər Əliyev Azərbaycan gənclərini nəinki Azərbaycanda, Azərbaycanın hüdudlarından kənarda da ali təhsil almalarına şərait yaradırdı.
Yığıncaqda çıxış edənlər müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin fəaliyyətinin ayrı-ayrı mərhələləri haqqında danışmış, onun irsinin daim yaşayacağını bildirmişlər.