Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon rəhbərliyi Böyük Vətən Müharibəsi iştirakçılarını ziyarət etdilər

08 may 2021 | 16:00

08 may 2021-ci il tarixdə Masallı rayonunun Xırmandalı və Viləş kəndlərində Böyük Vətən Müharibəsi iştirakçıları ziyarət olunmuşdur.

Belə ki, Masallı rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəis müavini Vüsal Şirinov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev və başqaları rayonun Xirmandalı kəndində Simran Quliyev və Viləş kəndində Cənnət Teymurovu ziyarət etmiş və onların problemləri ilə maraqlanmışlar.
Böyük Vətən Müharibəsi iştirakçıları və onların ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə qonaqlara minnətdarlıqlarını ifadə etmiş Ölkə rəhbərinə və rayon İcra hakimiyyətinin başçısına təşəkkürlərini bildirmişlər.

Keçidlər