Şriftin ölçüsü :

Saytın rəngi :

"9 May Qələbə Günü" ilə əlaqədar onlayn görüş

09 may 2021 | 16:00

"Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin  təşkilatçılığı ilə "9 May Qələbə Günü" ilə əlaqədar onlayn görüş keçirilmişdir.
  Tədbirdə "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin sosial ictimai inkişaf üzrə dərnək rəhbəri Fərid Hüseynov çıxışında qeyd etmişdir ki, 9 may faşizm üzərində Qələbə günü artıq 76 ildir ki, təntənəli sürətdə qeyd olunur.Bu qələbə heç də asan başa gəlməyib.Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər.Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə,hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpaqlarını qoruyublar.170 mindən çox Azərbaycanlının orden və medallarla təltif edilməsi,130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur.Ulu öndər Heydər Əliyev  müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək deyirdi: Veteranlar bizim qızıl fondumuzdur.Onlar hər cür qayğıya və hörmətə layiqdirlər.Sevindirici haldır ki, Ümummilli Liderin bu siyasi kursu onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Böyük Vətən Müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır.
  Tədbirdə Ərkivan 2 saylı tam orta məktəbin tarix müəllimi Abdulla Abdullayev qeyd etmişdir ki, XX əsrdə İkinci Dünya Müharibəsi illəri bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına almışdı.
9 may 1945-ci ildə Ali Reyx rəhbərliyi Almaniyanın qəti şəkildə təslim olması ilə bağlı Aktı imzalamaqla bəşəriyyət tarixində ən qanlı müharibəyə son qoydu.
  Tədbirdə Bədəlan kənd tam orta məktəbin müəllimi Məhbubə Şahbazova qeyd etmişdir ki,
Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir.
  Tədbirdə Mololon kənd ümumi orta məktəbin müəllimi Könül Qənbərova qeyd etmişdir ki,Bu gün Qələbənin 76 illiyinin qeyd edilməsinin əsl səbəbkarları, düşmənin məğlub edilməsində böyük şücaətlər göstərmiş, canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmiş, başqa xalqların nümayəndələri ilə birlikdə müharibədə iştirak edərək və dünyanı faşizmdən xilas etməyə nail olmuş soydaşlarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq.

Keçidlər