MASALLIDA 31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Masallı rayonunda bir sıra silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də 29 dekabr 2012-ci il tarixdə Masallı rayon Gənclər Mərkəzində keçirilmişdir. Tədbir iştirakçiları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə təzə tər gül dəstələri düzmüşlər.
Tədbirdə Masallı rayon İcra hakimiyyətinin nümayəndələri, rayon ağsaqqalları, ziyalıları, idarə müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
Yığıncağı Masallı rayon İcra hakimiyyəti başçısının I müavini Nadir Abıyev açaraq rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun adından tədbir iştirakçılarını salamladı və onların simasında bütün Masallı rayon sakinlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etdi.
Sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev geniş məruzə ilə çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsisçisi və yaradıcısı Ulu öndər Heydər Əliyevin dünya Azərbaycanlılarına olan diqqətindən və bu həmrəyliyi günü-gündən möhkəmləndirən cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin səmərəli nəticəsini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Rayonun 2012-ci il Azərbaycanın Folklor Paytaxtı seçilməsi və həyata keçirilən tədbirlərdən ətraflı bəhs etdi.
Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Cavanşır Əsədov, ağsaqqallardan Əlisgəndər Yaqubov, Mahmudavar kənd tam orta məktəbinin direktoru Kinəxanım Əliyeva və fəal ziyalı Göyçək Ələsgərova çıxış edərək günü-gündən gözəlləşən ölkəmizin uğurlarından dünya Azərbaycanlılarının həmrəyliyindən və dünya ölkələri arasındakı mövqeyindən danışdılar.
Bayram tədbiri rayon Mədəmiyyət şöbəsinin ifaçılarının çıxışları ilə davam etmişdir.