Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda kənd təsərrüfatı məhsullarının həcmi

15 may 2021 | 16:00

Masallıda kənd təsərrüfatı məhsullarının həcmi üç ayda 2,6 faiz artmışdir
Masallı rayonunda kənd təsərrüfatı məhsulları istehsalı cari ilin üç ayında-yanvar, fevral və mart aylarında 18436,6 min manat olmaqla, keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artmışdır.
Masallı Rayon Statistika İdarəsindən verlən məlumata görə məhsul buraxılışınin 2,2 faizi və ya 400,2 min manati bitkiçilik, 97,8 faizi və ya 18036,4 min manatı heyvandarlıq məhsulları təşkil etmişdir.

Cari ilin üç ayı ərzində iri buynuzlu mal-qaranın sayı 73240 baş olmaqla, ət istehsalı 1586,0 ton, süd istehsalı 12302,5 ton, yumurta istehsalı 18740 min ədəd, qoyun və keçilər 94563 baş  təşkil etmişdir.

Keçidlər