Masallıda sənaye məhsulu istehsalında irəliləyiş var
17 may 2021 | 16:00
2021-ci ilin 3 ayı ərzində Masallı rayonunda 16504,1 min manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda qeyd edilir ki, istehsal olunmuş sənaye məhsulunun 9,0 min manatı və ya 0,05 faizi mədənçıxarma sənayesinin, 11928,4 min manatı və ya 72,28 faizi emal sənayesinin, 4397,2 min manatı və ya 26,64 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 169,5 min manatı və ya 1,03 faizi su təchizatı, tullantılarının təmizlənməsi və emalı bölmələrinin payına düşür.