Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RTŞ məktəblərdə reydləri davam etdirir

17 may 2021 | 16:00

17.05.2021-ci il tarixdə Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov və şöbənin əməkdaşları rayonun bir sıra ümumi təhsil məktəblərində olmuş və xüsusi karantin rejimi qaydalarına riayət edilməsi vəziyyəti ilə tanış olmuşdur. Eyni zamanda dərs prosesi izlənilmiş, pandemiya qaydalarına əməl edilməsi ilə bağlı müəllimlər və şagirdlərlə maarifləndirici söhbətlər aparılmış, təhsil müəssisələrində çalışanrın vaksinasiya prosesinə cəlb edilməsi haqqında məlumatlar dinlənilmişdir. O cümlədən rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov tikintisi davam edən Qızılağac kənd S.Xəlilov adina 1 saylı tam orta məktəbin yeni binasında görülən işlərlə yaxından tanış olmuşdur.

Keçidlər