Masallıda çay yığımına başlandı
18 may 2021 | 16:00
“Azərsun” Holdinq şirkəti Kolatanın Sığaçola deyilən sahəsində yaşıl çay yarpağı yığımına başlamışdır. Çay ustaları cari mövsümdə də məhsul yığımına həvəslə başlamışlar. Artıq tarlalardan 3 tona yaxın yaşıl çay yarpağı yığılıb Lənkərandakı çay emalı müəssisəsinə göndərilmişdir.
Şirkətin Lənkəran çay fabrikindəki nümayəndəsi Altay Abbasovun verdiyi məlumatda bildirilir ki, bu il 100 hektar sahədə yaşıl kollara yüksək aqrotexniki xidmət göstərildiyindən bol məhsul gözlənilir.
Qeyd edək ki, kollektiv ötən mövsümdə fabriklərə 10 tona yaxın yaşıl çay yarpağı təhvil vermişdir.